4 avtomobil toqquşdu: 1 ölü, 6 yaralı
07 mart 2011 16:31 (UTC +04:00)

4 avtomobil toqquşdu: 1 ölü, 6 yaralı

0
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi İlham Həsənov APA-nın Şirvan bürosuna bildirib ki, hadisə ötən gecə saat 22:00 radələrində magistral yolun 330-cu kilometrliyində, Goranboy rayonu ərazisində qeydə alınıb. 1978-ci il təvəllüdlü Məcidov Rüfət Azadəli oğlunun idarə etdiyi 90-AL-350 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən qarşı tərəfdə, eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü Məmmədov Ramiz Əli oğluna məxsus 20-CM-336 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınına arxa tərəfdən çırpılıb. Güclü zərbə nəticəsində “Mercedes” öz hərəkət yolundan çıxaraq qarşı tərəfdən gələn avtomobillərin yoluna keçib və 1978-ci il təvəllüdlü Abdullayev İlqar Xudaverdi oğlunun idarə etdiyi Gəncə Avtomobil Zavoduna məxsus 90-AN-005 dövlət nömrə nişanlı “Naz Nivan” markalı minik avtomobili və 1985-ci il təvəllüdlü Bilalov Rafiq Əliağa oğluna məxsus 10-CN-721 dövlət nömrə nişanlı “VAZ 2106” markalı maşınla toqquşub.


Hadisə nəticəsində dörd avtomobilin sürücüləri, eləcə də Gəncə Avtomobil Zavodunun işçiləri, Belarus vətəndaşları 1972-ci il təvəllüdlü Malinski Leonid Pyodroviç və 1954-cü il təvəllüdlü Sekan Vladimir Nikolayeviç ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Zavodun digər işçisi 1964-cü il təvəllüdlü Musayev Ədalət Qara oğlu isə hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 726

Oxşar yazılar