Bakıda 3 avtomobil toqquşub: 3 yaralı
0
0
Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, S.Məmmədova küçəsində 10 TM 982 nömrəli “VAZ 2107”, 10 UP 466 nömrəli “Opel Astra” və 10 FD 095 nömrə nişanlı “Mercedes” toqquşub.
Qəza nəticəsində avtomobillərdə olan sərnişinlərdən 1981-ci il təvəllüdlü Hüseynova Leyla Rafiq qızı, onun oğlu 2005-ci il təvəllüdlü Hüseynov Nicat Ramil oğlu və 1986-cı ildə anadan olmuş Muradzadə Elxan Abbas oğlu yaralanıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Nizam Rza