Ermənilər atəşkəsi pozub
15 mart 2011 09:42 (UTC +04:00)

Ermənilər atəşkəsi pozub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 14-də saat 12.25-dən 12.45-dək Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 14.50-dən 15.00-dək, 16.00-dan 16.10-dək, 16.15-dən 16.24-dək və 16.25-dən 16.40-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 22.20-dən 22.25-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi, martın 15-də saat 06.00-dan 06.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 01.10-dan 01.20-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 643

Oxşar yazılar