Bakıda 937 sərxoş sürücü aşkarlanıb
15 mart 2011 11:23 (UTC +04:00)

Bakıda 937 sərxoş sürücü aşkarlanıb

0
2011-ci ilin ilk iki ayı ərzində paytaxt yollarında baş vermiş qayda pozuntularının statikası açıqlanıb. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvar-fevral aylarında Bakıda 65124 protokol tərtib olunub ki, onlardan da 5193-ü yerindəcə ödənilmə (çek) yolu ilə həyata keçirilib.


İlin ilk iki ayında paytaxtın yol polisi tərəfindən 937 sərxoş sürücü saxlanılıb. Eyni zamanda 249 piyada yol hərəkət qaydalarını pozduğuna görə cərimələnib.


Yanvar-fevral aylarında yol hərəkəti qaydalarının pozulması statistikası belədir:

Protokolların ümumi sayı 65124
Yerində protokol tərtib etmə 5193
Sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmə 937
Avtoxuliqanlıq 24
Qırmızı işığın tələbini pozma 3096
Piyadalar tərəfindən yol-hərəkət qaydalarının pozulması 249
Pərdə-plyonka 561
Yol ayırıcı qaydalarının pozulması 13871
Ötmə-manevr əməliyyatı zamanı qayda pozuntusu 440
Xəttin tələbinin pozulması 7633
Hərəkət qadağandır işarəsinin tələbini pozma 2940
Qəza şəraitinin yaradılması 570



Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 545

Oxşar yazılar