Mövqelərimiz atəşə tutulub
16 mart 2011 10:21 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri martın 15-də saat 13.10-dan 13.15-dək, 13.40-dan 13.55-dək, 15.05-dən 15.20-dək, 20.55-dən 21.10-dək, 21.05-dən 21.15-dək və 22.30-dan 22.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 09.30-dan 09.45-dək və 22.00-dan 22.10-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar