Gənc polislərə rütbələr təqdim olunub
18 mart 2011 18:10 (UTC +04:00)

Gənc polislərə rütbələr təqdim olunub

0
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb və bu üsulun son illər artıq praktikada özünü doğrultduğunu vurğulayıb. O qeyd edib ki, sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilməsi, onlara lazımi diqqət və qayğının göstərilməsi DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev növbəti belə tədbirdə iştirak etmək məqsədilə Nazirliyə 24 əməkdaşın dəvət edildiyini bildirib. O, həmçinin vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib. Bu məqsədlə polisin orta rəis heyətinə vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkib.

Tədbirə yekun vuran general-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri - orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə əməkdaşları təbrik edib. Gələcək fəaliyyətlərində gənc zabitlərə uğurlar arzulayan, ekstremal hallarda müstəqil qərar qəbul edə bilmələrini, bilik və təcrübələrini artırmalarını, daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edən Ramil Usubov əmin olduğunu bildirib ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 611

Oxşar yazılar