“Lotu Mamed” həbsxanada vəfat etdi
0
0
Lent.az-ın məlumatına görə, son vaxtlar “Masallı Mamed”in səhhətində ciddi problemlər olub. Məşhur qanuni oğru son vaxtlar pnevmoniyadan və qara ciyərin serrozundan əziyyət çəkirmiş.
Avtoritetin yaxın dostu Südeyf Məcidovdan aldığımız məlumata görə, martın 19-da saat 16 radələrində onun qara ciyəri fəaliyyətini dayandırıb. O, ağır vəziyyətdə müalicə müəssisəsinə çatdırılıb: “Bizə dedilər ki, onu ölümdən xilas etmək mümkün olmayıb. Həkim sadəcə dedi ki, artıq gecdir. Həkimin sözlərindən təxminən 10 dəqiqə sonra o, dünyasını dəyişdi”.
Qeyd edək ki, uzun illər Moskvada yaşamış “Masallı Mamed” 2009-cu ildə Azərbaycana qayıtmışdı. Amma çox keçməmiş o, narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək, Masallı rayonunda saxlanılmışdı. Kriminal avtoritet Məmməd İsgəndər oğlu Hüseynov ötən il sentyabrın 13-də Masallı rayon məhkəməsinin sədri hakim Cahangir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilərək, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
M. Hüseynov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunmuşdu.
“Oğru Mamed”in cənazəsi bu gün Masallıya aparılacaq və sabah o, doğulduğu rayonda torpağa tapşırılacaq.
Mərhumun dəfn mərasimindən geniş yazını Lent.az-da oxuya biləcəksiniz.
Səbuhi Məmmədli