“Həsən Kərimovun vəziyyəti stabilləşib”
0
0
“Həsən Kərimov dünən axşam saatlarında ürəyində yaranmış problemlə bağlı daxil olub. İnfarkt keçirmiş insanların ürəyində belə problemlər yarana bilir. Həsən Kərimovda da eyni problemlər yaranıb və o, hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib”. Bunu APA-ya açıqlamasında Bakı şəhər 4 saylı Klinik xəstəxanasının baş həkimi Fikrət Zeynalov deyib.
Baş həkim bildirib ki, o bir neçə dəqiqə əvvəl Həsən Kərimova şəxsən baş çəkib: “Xəstənin vəziyyəti stabilləşib. Biz onun müalicəsini davam etdiririk. Müalicənin hansı müddətə davam edəcəyini hələlik deyə bilmərəm”.
Qeyd edək ki, AXCP Ali Məclisinin sədri Həsən Kərimovun iki dəfə infarkt keçirdiyi bildirilir.
Xatırladaq ki, dünən İctimai Palatanın keçirdiyi aksiya ilə əlaqədar saxlanılan H. Kərimovun polis idarəsində vəziyyəti pisləşib. Onu axşam saatlarında Bakı şəhər 4 saylı Klinik xəstəxanasına yerləşdiriblər.