3 nəfər bədbəxt hadisənin qurbanı olub
0
0
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tovuz rayonunun Qandallar kəndi ərazisində Şamlıq kənd sakini Mustafa Mustafayev idarə etdiyi “ZİL-131” markalı avtomaşından düşüb kənarda olarkən avtomaşın hərəkətə gəlib. Bu zaman maili ərazidə hərəkətə gəlmiş maşın hadisə yerində olan Qandallar kənd sakini Behbud Namazovu ağaca sıxıb. Nəticədə xəsarət almış B.Namazov xəstəxanaya aparılarkən yolda ölüb.
Bərdə rayonunun Bəcirəvan kənd sakini Səkinə İspəndiyarova evindən dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.
Oğuz rayon sakini Lamiyə Yolçuyeva isə dəm qazından zəhərlənərək dünyasını dəyişib.