“Mercedes”də bomba xəbərdarlığı
0
0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Höküməli kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin içərisində partlayıcı qurğu olması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin əməkdaşlarının hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə apardıqları birgə baxış nəticəsində avtomobildə şübhəli əşya aşkarlanmayıb.
Əməliyyat saat 04:45-də başa çatıb.