Astarada 16 yaşlı xuliqan tutulub
04 aprel 2011 16:51 (UTC +04:00)

Astarada 16 yaşlı xuliqan tutulub

0
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxs "Lənkəranda partlayış olacaq" deyib və, saat 15:55-də təkrar zəng edərək "Kicəbədə partlayış olacaq" deyib, telefonu qapayıb. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.


Aparılmış araşdırmalar zamanı zəng edərək bilərəkdən polisə yalan məlumatı verən şəxsin Astara rayonunun Xışəco kənd sakini, 16 yaşlı P.Ə. olması müəyyən edilib. Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Ə. saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar