Bərdədə iki qadın canına qəsd etdi
0
0
Bərdə rayonunda iki qadın zəhər içərək intihar edib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1956-cı ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuş, hazırda Bərdənin Bədirəvan kəndində yaşayan İsfəndiyarova Səkinə Yaqub qızı “danadişi” dərmanı adlanan niosidol məhlulu içib. Səhər saatlarında ailə üzvləri tərəfindən halsız vəziyyətdə aşkarlanan 55 yaşlı qadın xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, S.İsfəndiyarovanın həyatını xilas etmək mümkün olmayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, intihar etmiş qadın zəhər içməzdən əvvəl yaxınlarına onu telefon vasitəsilə kimlərinsə təhdid etdiyini deyib. İstintaq sirri olduğundan isə bu barədə ətraflı məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, S.İsfəndiyarova ailəlidir. Ona edilən təhdidlərin məzmunu araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Digər hadisə isə rayonun Qaratəpə kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Haqverdiyeva Əfruz Nadir qızı da “danadişi” dərmanı adlanan niosidol məhlulu içib. 19 yaşlı qız ağır vəziyyətdə Mərkəzi Xəstəxanaya yerləşdirilib.
Məlumata görə, özünü öldürmək istəyən Ə.Haqverdiyevanın atası keçən il dünyasını dəyişib və bu gün onun vəfatının ildönümüdür. Stress keçirən qız atasının ölümü günü özünü öldürmək istəsə də buna nail ola bilməyib.
Hazırda həkimlər onun həyatını xilas etməyə çalışır.
Nizam RZA