Atəşkəs iki istiqamətdə pozulub
05 aprel 2011 09:43 (UTC +04:00)

Atəşkəs iki istiqamətdə pozulub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 4-də saat 21.55-dən 22.30-dək və aprelin 5-də saat 02.35-dən 03.00-dək Tərtər rayonunun Seysulan və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.45-dən 01.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 495

Oxşar yazılar