Bakıda 45 yaşlı ruhi xəstə özünü öldürüb
0
0
Xəzər rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1966-cı ildə Cəlilabad rayonunda anadan olmuş Vəliyev Ramiz Əli oğlu özünü Qala qəsəbəsində yaşadığı evin həyətində asıb. O, həyətdə yerləşən yarımçıq tikilinin üstündəki taxtaya ip bağlayaraq, özünü asıb.
Məlumata görə, intihar etmiş 45 yaşlı R.Vəliyev 1 saylı Ruhi Əsəb Xəstəxanasında qeydiyyatda olub. Onun hansı səbəbdən özünü öldürməsi isə rayon Prokurorluğunda araşdırılır.
Nizam RZA
Məlumata görə, intihar etmiş 45 yaşlı R.Vəliyev 1 saylı Ruhi Əsəb Xəstəxanasında qeydiyyatda olub. Onun hansı səbəbdən özünü öldürməsi isə rayon Prokurorluğunda araşdırılır.
Nizam RZA
0
0