Ordumuzun əsgəri hərbçi yoldaşını güllələdi
05 aprel 2011 10:55 (UTC +04:00)

Ordumuzun əsgəri hərbçi yoldaşını güllələdi

0
Azərbaycan Ordusunda ölümlə nəticələnən silahlı insident baş verib.


APA-nın məlumatına görə, hadisə aprelin 4-də Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Yevlax Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Ramil Boris oğlu Əliyev xidməti silahı ilə ehtiyatsız davranarkən atəş açılıb, güllə əsgər Asif Samir oğlu Əliyevə dəyib. Başından güllə yarası almış A. Əliyev aldığı güllə yarasından dünyasını dəyişib.

1991-ci il təvəllüdlü A. Əliyev Salyan RHK-dan hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar