Bakıda mağaza sahibləri iki cinayətkarı yaxaladı
0
0
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 04:10 radələrində Bakı şəhər sakini Vladimir Qulyaçenko Novxanı qəsəbəsi bağlar yaşayış sahəsində yaşayan Nizami Əliyevə məxsus həmin ünvanda yerləşən mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd edib. Lakin mağaza sahibi N.Əliyev onu yaxalayaraq, ərazi üzrə Binəqədi RPİ 4-cü PB-yə təhvil verib.
Digər hadisə isə Səbael rayonunda baş verib. Aprelin 4-ü saat 21:30 radələrində Tovuz rayon sakini Zaur Cəfərov Ə.Əliyev küçəsində yerləşən Bakı şəhər sakini Qaçay Piriyevə məxsus mağazada seyfin qapısının açıq olmasından istifadə edərək orada olan 109 manatı oğurlamağa cəhd edərkən mağaza sahibi tərəfindən yaxalanıb və ərazi üzrə 9-cu PB-yə təhvil verilib.
Nizam Rza