49 yaşlı qadın gözlənilməz qəzanın qurbanı oldu
06 aprel 2011 10:33 (UTC +04:00)

49 yaşlı qadın gözlənilməz qəzanın qurbanı oldu

0
Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Günəşli qəsəbəsində 1984-cü il təvəllüdlü İntiqam Məmmədovun idarə etdiyi “VAZ 2107” və Pərviz Əhmədovun idarə etdiyi “Toyota-Prado” markalı avtomobillər toqquşub.

Nəticədə “Toyota-Prado” aşıb və yolun kənarındakı piyada, 1962-ci il təvəllüdlü Rahilə Dadaşovaya dəyib. Zərbənin təsirindən 49 yaşlı piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 517

Oxşar yazılar