Baş Prokurorluq: Sabiq həbsxana rəisi barədə yayılan məlumatlar əsassızdır
06 aprel 2011 19:26 (UTC +04:00)

Baş Prokurorluq: Sabiq həbsxana rəisi barədə yayılan məlumatlar əsassızdır

0
Bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, bu gün bəzi KİV-də Qobustan həbsxanasının sabiq rəisi Kazım Abdullayevlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işinin başlanması barədə məlumatlar yer alıb: “Birmənalı olaraq bildiririk ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Kazım Abdullayev barəsində cinayət işi başlanmayıb və bu məlumatlar tərəfimizdən təkzib olunur”.


Qeyd edək ki, bəzi KİV-də yayılan məlumatlara görə, Qobustan həbsxanasının sabiq rəisi Kazım Abdullayev məhkumlar üçün ayrılmış ərzaq məhsulları mənimsəməkdə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar