Ağstafada güclü partlayış: 3 yaralı
0
0
Aprelin 24-də Ağstafa rayonunda qaz sızmasından partlayış baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun mərkəzi bazarının yaxınlığında, Bakı-Qazax magistral yolunun kənarında yerləşən mağazada baş verib.
Nəticədə mağazada olan 3 nəfər Sadıqlı Anar Bəhmən oğlu, Əliyev Ceyhun Vidadi oğlu və Orucov Elnur Qasım oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər 3 şəxs xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, partlayışın gücündən mağaza tamamilə yararsız vəziyyətə düşüb, tavan və divarlar uçub.
Araşdırma aparılır.
Nizam RZA