BDYPİ Bakı-Quba yolundakı qəzalarla bağlı məlumat yayıb
0
0
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı rəsmi məlumat yayıb. Lent.az-ın BDYPİ-nin saytına istinadən verdiyi məlumata görə, iki qəza nəticəsində 5 nəfər ölüb, 7 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, 24 aprel 2011-ci il tarixdə saat təxminən 23:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt rayonu ərazisindən keçən 42,8-ci km-də Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Sultanov Əfqan Firudin oğlunun idarə etdiyi “VAZ-21120” markalı, 10-MO-114 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhər sakini, 1980-ci il təvəllüdlü Şeydayev Elşən Rafiq oğlunun idarə etdiyi “MerCedes” markalı, 90-EK-712 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Nəticədə “VAZ-21120” markalı avtomobilin sürücüsü və sərnişinləri, Sumqayıt şəhəri sakinləri, 1988-ci il təvəllüdlü Əliyeva Aybəniz Şərafət qızı, 1986-cı il təvəllüdlü Rəhimov Rafiq Mehdi oğlu hadisə yerində ölüb. Digər sərnişinlər, Quba rayon sakini, 1981-ci il təvəllüdlü Kərimov Rüfət Teymur oğlu, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Nağıyeva Aytən Vaqif qızı, Siyəzən rayon sakini, 1988-ci il təvəllüdlü Rəhmanov Vasif Fazil oğlu, həmçinin “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini, 1985-ci il təvəllüdlü Şeydayev Raiq Rafiq oğlu müxtəlif bədən xəsarətləri alaraq Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına çatdırılıb.
Digər hadisə isə Siyəzən rayonu ərazisində qeydə alınıb. 25 aprel 2011-ci il tarixdə saat 01:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Siyəzən rayonu ərazisindən keçən 89-cu km-də Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü Məmmədov Tanrıverdi Ərşad oğlu idarə etdiyi “Mercedes” markalı 90-EE-102 dövlət qeydiyyat nişanlı avtomobili yolun ortasındakı dəmir çəpərə çırpılıb. Nəticədə sürücü və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Məmmədova Vəfa Dadaş qızı xəsarət alıb. Avtomobildə olan digər sərnişinlər - 1976-cı il təvəllüdlü Siyəzən şəhər sakini Məmmədov Xəyyam Ərşad oğlu və onun həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədova Ülviyyə Vaqif qızı hadisə yerində ölüb.