Rusiyada azərbaycanlı 2 pensiyaçını qətlə yetirib
26 aprel 2011 10:45 (UTC +04:00)

Rusiyada azərbaycanlı 2 pensiyaçını qətlə yetirib

0
Lent.az-ın “vsluh.ru” saytına istinadən verdiyi məlumata görə, biri digərinin evinə qonaq gəlmiş pensiyaçılar mətbəx bıçağı ilə qətlə yetirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində pensiyaçıların ölümündə şübhəli sayılan Azərbaycan əsilli, 30 yaşlı bomj saxlanılıb. O, Rusiya ərazisində qeyri-qanuni yaşayıb.

Azərbaycanlı deyib ki, hər ay 2 min rubl müqabilində 62 yaşlı pensiyaçının evində kirayədə qalıb. Aprelin 21-də isə ev sahibi və onun 75 yaşlı qonağı ilə birlikdə içki içib. İçki süfrəsi arxasında olarkən azərbaycanlı bildirib ki, babası İkinci Dünya Müharibəsi zamanı itkin düşüb. Ancaq pensiyaşılar ona inanmayıblar. Buna qəzəblənən azərbaycanlı onların hər ikisini bıçaqla qətlə yetirib.
Həmin kişilərə ümumilikdə 50 bıçaq zərbəsi vurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 612

Oxşar yazılar