Azərbaycandan Türkiyəyə külli miqdarda pul aparan Yaponiya vətəndaşları saxlanıldı
30 aprel 2011 11:43 (UTC +04:00)

Azərbaycandan Türkiyəyə külli miqdarda pul aparan Yaponiya vətəndaşları saxlanıldı

0
Yaponiya vətəndaşları Katsunori Hyodo və Kota Kido TK-333 saylı Bakı-İstanbul aviareysi ilə Türkiyəyə, oradan isə tranzit olaraq Çin Xalq Respublikasının Honq Konq şəhərinə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəlmiş və gömrük nəzarəti zonasına daxil olub. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, gömrük nəzarətindən keçərkən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsinin əməkdaşı həmin sərnişinlərin üzərində və baqajında mütləq qaydada bəyan ediləsi malların olub-olmaması barədə şifahi sorğu-sual edərək, onlar mütləq bəyan olunası valyuta və digər əşyaların olmadığını bildiriblər.

Katsunori Hyodonun hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğuna görə o nəzarətə götürülüb və sərhəd nəzarətindən keçdikdən sonra Aviasiya Təhlükəsizlik İdarəsinin əməkdaşına texniki vasitələrin köməyi ilə onun üzərinə və baqajlarına diqqətlə baxış keçirilməsi tapşırılıb. Katsunori Hyodoya məxsus yaşıl rəngli bel çantası X-Ray aparatından keçərkən içərisində olan pul əskinaslarına oxşar əşyaların təsvirləri monitorda əks olunub. Həmin bel çantasına müvafiq qanunvericiliyə uyğun olaraq təkrar baxış keçirilib. Baxış zamanı oradan gömrük nəzarətinə təqdim olunmamış, gömrük baxışından əvvəl şifahi sorğu-sual zamanı bəyan olunmamış 1283 ədəd, hər biri 100 AZN nominalında pul əskinasları aşkar olunub. Bundan sonra Katsunori Hyodonun üzərində şəxsi yoxlama aparılıb və əlavə olaraq 43000 Yapon yenası, 5000 İran rialı, 3840 Honq Konq dolları, 1360 Filippin pesosu, 1032 ABŞ dolları, 355 avro, 512 ÇXR yuanı, 40 Türkiyə lirəsi aşkar edilib.

Onunla birlikdə gedən digər sərnişində mütləq qaydada bəyan ediləsi malların olması barədə şübhə yarandığına görə Kota Kido təkrar yoxlamaya dəvət olunub. Kota Kidonun əlindəki qara rəngli, üzərində “Basic” sözü yazılmış çantanın içərisindəki şəxsi əşyaların arasında olan selofan paketə baxış keçirilərkən, orada gömrük nəzarətinə təqdim olunmayıb, gömrük baxışından əvvəl şifahi sorğu edilərkən bəyan olunmamış 1200 ədəd, hər biri 100 AZN nominalında pul əskinasları aşkar olunub. Bundan sonra K.Kidonun üzərində şəxsi yoxlama aparılmış, əlavə olaraq 670000 Yapon yenası, 3370 Honq Konq dolları aşkar olunaraq protokol əsasında götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1166

Oxşar yazılar