Avtobusla “VAZ 2107” toqquşdu: ata öldü, 1 yaşlı qızının vəziyyəti ağırdır
03 may 2011 12:47 (UTC +04:00)

Avtobusla “VAZ 2107” toqquşdu: ata öldü, 1 yaşlı qızının vəziyyəti ağırdır

0
Lent.az-ın Daxili işlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 2-də saat 17:30 radələrində Ağdaş rayonu ərazisində, Bərdə rayon sakini Murad Əliyevin idarə etdiyi “İkarus” markalı avtobusla və Ağdaş rayon sakini Namiq Əhmədxanovun idarə etdiyi “VAZ-2107” toqquşub.


Nəticədə N.Əhmədxanov hadisə yerində ölüb. Onun xəsarət almış sərnişini - qızı 2011-ci il təvəllüdlü Nuray isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1234

Oxşar yazılar