Rusiyalı müğənni Nikolay Baskov anası Yelena Baskovanın 71-ci doğum günü münasibətilə onunla çəkilmiş yeni görüntülərini yayımlayıb.
Lent.az xəbər verir ki, bu barədə “7 Дней” məlumat yayıb.
Müğənni sosial şəbəkədə anası ilə birgə fotosessiyanın kadrlarını paylaşaraq onu təbrik edib.
İzləyicilərin diqqətini isə Yelena Baskovanın gənc görünüşü çəkib.