Bakıda 24 yaşlı Fatimənin qətlinin HADİSƏ ANI
07 oktyabr 2026 17:24 (UTC +04:00)

Bakıda 24 yaşlı Fatimənin qətlinin HADİSƏ ANI

0

Bakının Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb.

Lent.az xəbər verir ki, vətəndaşlardan biri hadisə anını avtobusun pəncərəsindən telefonla çəkib.

Görüntülərdə Museyib Əhmədovun yolun kənarında Fatiməni yerə yıxaraq, bıçaqladığı və ətrafdakı insanların onlara doğru qaçdığı əks olunub. Hadisə yerinə çatan şəxslər Museyibi itələyərək Fatimədən aralaşdırıb.

Lakin xəstəxanaya yerləşdirilən gənc qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə anını təqdim edirik:

***
10:46

Bakının Xəzər rayonunda qəsdən adam öldürmə hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Binə qəsəbəsində alınıb.

Məlumata görə, 40 yaşlı Bakı şəhər sakini Museyib Əhmədov qısqanclıq zəminində 24 yaşlı həyat yoldaşı Fatimə Rəhmanzadənin kürək nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Yaralı qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2040

Oxşar yazılar