Kürdəmirdə dələduz tutulub
04 may 2011 11:46 (UTC +04:00)

Kürdəmirdə dələduz tutulub

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Şuşada anadan olmuş, hazırda Bakının Binəqədi rayonunda məskunlaşmış 1983-cü il təvəllüdlü Muradov Elməddin Elman oğlu Kürdəmir ərazisində saxlanılıb.

Məlumata görə, hər hansı rəsmi iş yeri olmayan E.Muradov bir neçə şəxsə iş düzəldəcəyini bildirərək onların 6 min manata yaxın pulunu mənimsəyib. O, boşanmağa çalışan şəxslərə də köməklik edəcəyini bildirərək onlardan xeyli pul alıb.

E.Muradovun hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri (dələduzluq) ilə iş başlanılıb, araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar