Cabbar Savalanlı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
04 may 2011 14:19 (UTC +04:00)

Cabbar Savalanlı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

0
Bu barədə məlumatı Lent.az-a C.Savalanlının vəkili Anar Qasımov verib.

Mayın 4-də Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində C.Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2,5 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror mayın 3-də Cabbar Savalanlıya 3 il həbs cəzası verilməsini istəmişdi.

Vəkil A.Qasımov bildirib ki, qərardan apelyasiya şikayəti verəcəklər.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 537

Oxşar yazılar