İtkin düşmüş gəncin meyiti tapılıb
10 may 2011 10:30 (UTC +04:00)

İtkin düşmüş gəncin meyiti tapılıb

0
Mayın 9-da Bakıda itkin düşmüş şəxsin meyiti tapılıb.


Qaradağ rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 27-də itkin düşmüş 1994-cü il təvəllüdlü Afiq Cavadlının meyiti Sahil qəsəbəsi ərazisində çürümüş halda aşkarlanıb.


Cəlilabad rayonunda anadan olmuş və Sahil qəsəbəsindəki yeni tikilən həyət evində yaşayan 17 yaşlı A.Cavadlının meyiti qəsəbəsinin Vəliyev küçəsi 1B ünvanı yaxınlığında tapılıb. Üzərində çoxsaylı xəsarətlər arasında sümük sınıqlarının üstünlük təşkil etməsi yeniyetmənin avtomobillə vurulması ehtimalını artırır.


Faktla əlaqədar araşdırmalar davam etdirilir. Hadisənin hansı şəraitdə və nə vaxt baş verməsi, həmçinin meyitin qeyd olunan ünvana necə gəlib çıxması araşdırılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 478

Oxşar yazılar