Hacıqabulda vulkan püskürüb
12 may 2011 10:36 (UTC +04:00)

Hacıqabulda vulkan püskürüb

0
Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul şöbəsinin rəisi İlqar Namazov məlumat verib. Məlumatda bildirilir ki, bu gün saat 8.30 radələrində Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndinin ərazisinə yaxın Harami dağının (Böyük Hərami silsiləsi) zirvəsində 30-50 metr hündürlüyündə alovla müşayiət olunan palçıq vulkanı püskürüb.

Fasilələrlə 30 dəqiqədən çox püskürən vulkanı 70-80 kilometr məsafədən seyr etmək mümkün olub.

Vulkan Hacıqabul rayonu və Şirvan şəhərindən də müşahidə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 702

Oxşar yazılar