Xətaidə “BMW” hasara çırpılıb
14 may 2011 12:12 (UTC +04:00)

Xətaidə “BMW” hasara çırpılıb

0
Mayın 13-də saat 23.30 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İlkin Mirzəyev “BMW” markalı avtomaşını idarə edərkən onu hasara vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İlkin Mirzəyevin sərnişini Rasim Babayev hadisə yerində ölüb.

Xəsarət almış İlkin Mirzəyev və digər sərnişini Vüsal Soltanov isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 563

Oxşar yazılar