“VAZ-2106” və “Ford Tranzit” toqquşub
14 may 2011 12:22 (UTC +04:00)

“VAZ-2106” və “Ford Tranzit” toqquşub

0
Mayın 13-də saat 14.00 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakini İmanverdi Əliyevin idarə etdiyi “VAZ-2106” markalı və həmyerlisi Rahil Rüstəmovun idarə etdiyi “Ford Tranzit” markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İmanverdi Əliyevin sərnişini Allahverdi Əhmədov hadisə yerində ölüb.

Xəsarət almış hər 2 sürücü isə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri orta-ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar