Zaqatalada arvadını və qızını öldürən şəxs sərxoş olub
14 may 2011 13:52 (UTC +04:00)

Zaqatalada arvadını və qızını öldürən şəxs sərxoş olub

0
Daxili İşlər Nazirliyi Zaqatala baş verən dəhşətli qətllə bağlı rəsmi məlumat yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 13-də saat 16.30 radələrində Zaqatala şəhərində yaşayanlar 47 yaşlı Xuraman Kərimovanın və onun qızı 22 yaşlı Zərifənin odlu silahdan qətlə yetirilmiş meyitləri mənzillərində tapılıb.

Hadisənin ailə münaqişəsi zəminində Xuraman Kərimovanın sərxoş halda olan əri Azər Kərimov tərəfindən törədilməsi və “Mitsubishi” markalı avtomaşınla hadisə yerindən qaçması, sonradan isə evinin qarşısına qayıdaraq özünü də odlu silahdan öldürməsi müəyyən edilib. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerindən 1 ədəd “AKMS”" markalı avtomat silahı və 21 ədəd güllə götürüblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1461

Oxşar yazılar