İsmayıllı-Qəbələ yolunda minik avtomobili aşıb
14 may 2011 14:21 (UTC +04:00)

İsmayıllı-Qəbələ yolunda minik avtomobili aşıb

0
Mayın 13-də İsmayıllı rayonunda, İsmayıllı-Qəbələ avtomobil yolunun 4-cü kilometrliyində “VAZ” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı avtomobildə olan 4 nəfər yaralanıb.

Onlardan 2-si deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Digər 2 yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 13:52-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar