Hakimin həyat yoldaşını öldürən qadının məhkəməsi qapalı olacaq
25 may 2011 12:21 (UTC +04:00)

Hakimin həyat yoldaşını öldürən qadının məhkəməsi qapalı olacaq

0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xalidə Əhmədovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


APA-nın xəbərinə görə, prosesdə zərərçəkmiş tərəfin hüquqi nümayəndəsi Şəmsəddin Quliyev prosesin qapalı keçirilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib. Məhkəmənin baxış iclası mayın 31-nə təyin olunub.

Qeyd edək ki, məlum hadisə 2010-cu il oktyabrın 15-də saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində baş verib. Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib.


Hadisədən dərhal sonra Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin rəyi ilə mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və digər nahiyələrində qançırlar aşkarlanıb, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Xalidə Balabəy qızı Əhmədova tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 505

Oxşar yazılar