Bakıda ağır qəza: 5 yaralı
0
0
Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Yeni Dairəvi yolda, “Sədərək” ticarət mərkəzinin yaxınlığında 1984-cü il təvəllüdlü Fətəliyev Arzu Yəmən oğlunun idarə etdiyi 10 VP 169 nömrə nişanlı “VAZ 21 06” qəzaya uğrayıb.
Nəticədə sürücü və 4 sərnişin - Eminov Qurban Sədat oğlu (1940), Mahmudov Məmməd Həsən oğlu (1988), Əliyev İlham Feyruz oğlu və Məmmədov Ramil Ramiz oğlu (1980) müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.
Nizam RZA