“2 aprel” dustaqlarının apelyasiya şikayəti təmin edilmədi
31 may 2011 15:02 (UTC +04:00)

“2 aprel” dustaqlarının apelyasiya şikayəti təmin edilmədi

0
Vəkil Yalçın İmanovun Lent.az-a verdiyi məlumata görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, hər iki şəxs barələrində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatətlə Səbayel rayon Məhkəməsində vəsatət qaldırmışdı. Lakin məhkəmə vəsatəti qəbul etməmişdi.

Vəkil bildirib ki, iyun ayının 9-da Əhəd Məmmədlinin iki aylıq həbs-qətimkan tədbirinin müddəti bitsə də, onunla bağlı istintaq hərəkətlərinin nə yerdə olduğuna dair heç bir məlumatı yoxdur.

Xatırladaq ki, Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirli bilinir.

Elnur İsrafilov isə 233-cü və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələrlə ittiham olunur.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar