AXCP funksionerinin şikayətinə baxıldı
02 iyun 2011 18:25 (UTC +04:00)

AXCP funksionerinin şikayətinə baxıldı

0
Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımov bildirib ki, Məhəmməd Məcidli Səbail rayon Məhkəməsinin onun haqqında çıxardığı həbs-qətimkan tədbirinin uzadılması barədə qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət etmişdi. Məhkəmə iddianı təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.


Qeyd edək ki, M.Məcidli 2 aprel mitinqi ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunur. Mayın 24-də Səbayel Rayon Məhkəməsi onun haqqında seçilmiş həbs-qətimkan tədbirinin müddətini 2 ay uzadıb.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 686

Oxşar yazılar