Bakıda quldur bacanaqlar tutulub
0
0
Bakıda quldurluqla məşğul olan bacanaqlar həbs olunub. Bu barədə Lent.az-a Nizami rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, mayın 30-da ülgüclə “silahlanmış” paytaxt sakini Məmmədov Vadim Yusifoviç və onun bacanağı Nəcəfquliyev Yusif Eldar oğlu X.R.Ulutürk küçəsində yerləşən “Ayhan” kafesinin yaxınlığında pusqu qurublar.
Cinayət əməlini törətmək üçün əlbir olan bacanaqlar əvvəlcədən seçdikləri Məmmədov Şahmar Seyfulla oğlunun yaxınlaşdığını görərək hərəkətə keçiblər. Y.Nəcəfquliyev Ş.Məmmədovun qolundan tutaraq, onu kənara, tikinti işləri aparılan sahəyə aparıb. Digər bacanaq isə arxadan gələrək ülgücü vətəndaşın boğazına dirəyib.
Onlar Ş.Məmmədovun cibindəki 10 manat dəyərindəki “Siemens” telefonu, 1 manatlıq konturu və 20 manat pulu götürərək aradan çıxıblar. Çox keçmədən cinayəti törətmiş qohumlar yaxalanıblar və məsuliyyətə cəlb olunublar. İyunun 2-də Nizami rayon Məhkəməsində bacanaqların barəsində həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə iş başlanılıb.
Nizam RZA