Günün tarixi
04 iyun 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1800. Vaşinqtonda Ağ Evin tikintisi başa çatıb. Prezident Con Adams ailəsi ilə birgə ora köçüb

1878. Osmanlı imperiyası Kiprin idarəçiliyini ingilislərə verib

1916. Birinci dünya müharibəsi. General Brusilovun komandanlıq etdiyi rus ordusu əks həmləyə keçib. Bu hadisəyə “Brusilov hücumu” adı verilib

1918. Batumda Azərbaycan Demokratik Respublikası ilə Osmanlı İmperiyası arasında dostluq haqqında müqavilə imzalanıb. Bu ADR-in xarici dövlətlə bağladığı ilk müqavilə idi

1926. Müğənni Fatma Mehrəliyeva anadan olub

1929. Kamança ustası Elman Bədəlov anadan olub

1930. AKP-nin X qurultayı başa çatıb

1944. İkinci dünya müharibəsi: Müttəfiq qoşunları Romaya daxil olub

1959. Kuba ABŞ-a məxsus şəkər fabrikləri və plantasiyalarını milliləşdirib

1982. İsrail qoşunu Livana soxulub

1989. Ufa yaxınlığında keçmiş SSRİ tarixində ən ağır dəmir yol qəzası baş verib. Dəmir yol xətti yaxınlığından keçən neft kəmərinin partlaması nəticəsində 575 nəfər həlak olub, 600 nəfər xəsarət alıb

1993. Surət Hüseynovun rəhbərliyi ilə Gəncə hadisələri baş verib

2009. “Barmek”in keçmiş rəhbəri Hüseyn Arabul Azərbaycandan Gürcüstana qaçmaq istəyərkən yaxalanıb.

Günün aforizmi

“Ən kamil ağıl – ola biləcək və ola bilməyəcək şeyləri bir-birindən ayıra bilməkdir”.

Kəlilə və Dimnə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 663

Oxşar yazılar