İki nəfəri güllələyən astaralı tutulub
04 iyun 2011 13:55 (UTC +04:00)

İki nəfəri güllələyən astaralı tutulub

0
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şahağacı kəndi ərazisində, kənd sakini Xanoğlan Hümmətov münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmyerliləri Şəhriyar Mirzəyevi və Səhrab Quliyevi yaralayıb.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Hümmətov tutulub və ondan 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar