Mövqelərimiz atəşə tutulub
06 iyun 2011 10:17 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri iyunun 5-də saat 17.35-dən 17.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, iyunun 6-da saat 01.00-dan 01.15-dək və 01.30-dan 01.40-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar