Bakıda tanışı 33 yaşlı kişini bıçaqladı
0
0
İyunun 5-də Bakıda bıçaqlanma hadisəsi baş verib. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, M.Arif küçəsində 1975-ci il təvəllüdlü Maqsud Quliyev 1978-ci ildə anadan olmuş tanışı Bəhruz Nağıyevi bıçaqlayıb. Hadisə mübahisə zəminində baş verib.
Ağır bədən xəsarəti almış 33 yaşlı B.Nağıyev Kliniki Tibbi Mərkəzə yerləşdirilib. M.Quliyev isə saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb. Mübahisənin məğzi araşdırılır.
Nizam RZA