“Təzə Pir” məscidindən oğurluq edilib
06 iyun 2011 15:06 (UTC +04:00)

“Təzə Pir” məscidindən oğurluq edilib

0
Martın 22-də M.Fətəli küçəsində yerləşən “Təzə Pir” məscidində baş vermiş oğurluq hadisəsinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini Elçin Həbibovun cibindən 2 ədəd mobil telefon oğurlayan şəxsin Siyəzən rayon sakini Təbriz İsmayılov olması müəyyənləşdirilib.

Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən T.İsmayılov saxlanılıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 632

Oxşar yazılar