Permdə dava-dalaş salan azərbaycanlı Qazaxıstanda saxlanıldı
07 iyun 2011 10:08 (UTC +04:00)

Permdə dava-dalaş salan azərbaycanlı Qazaxıstanda saxlanıldı

0
Kudımkarskdakı “Atlant” kafesində kütləvi davada iştirak etmiş Azərbaycan vətəndaşı olan 31 yaşlı şəxs Qazaxıstanda saxlanılıb.
Lent.az-ın “59.ru” saytına istinadən verdiyi məlumata görə, Kudımkarsk prokuroru Yuriy Tiunov deyib ki, Azərbaycan vətəndaşı Alma-Atada təyyarədə saxlanılıb. Hazırda həbs sanksiyası imzalanır, həmin şəxsin Rusiyanın Perm diyarına ekstradisiyası məsələsi həll olunur. Azərbaycan vətəndaşının yaxın günlərdə Perm diyarına göndəriləcəyi bildirilir.

Qeyd edək ki, mayın 29-da Kudımkarskda “Atlant” kafesində 15 nəfərin iştirak etdiyi kütləvi dava-dalaş baş verib. Hazırda saxlanılmış Azərbaycan vətəndaşı dava-dalaşın əsas səbəbkarı olub. O, pivə butulkasını açarkən pivə yerli sakinlərdən birinin üzərinə tökülüb. Bundan sonra mübahisə böyüyüb, kafedə olan digər yerli sakinlərlə azərbaycanlılar dava-dalaşda iştirak ediblər. Yerli sakinlərdən biri bıçaqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 745

Oxşar yazılar