Keçmiş məhkum oğurladığı maşını yandırdı
07 iyun 2011 10:55 (UTC +04:00)

Keçmiş məhkum oğurladığı maşını yandırdı

0
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 29-na keçən gecə B.Bağırov küçəsində yaşayan Feyzulla Seyidova məxsus “VAZ 2106” markalı avtomobil qaçırılıb.


Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Heydər Cəfərov iyunun 6-da yaxalanıb. Müəyyən edilib ki, o, bu müddət ərzində avtomobilin ehtiyat hissələrini satıb, banını isə Ləhic bağları yaxınlığında yandırıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar