“MAN”-ların Azərbaycanda “qara günü”
14 iyun 2011 13:06 (UTC +04:00)

“MAN”-ların Azərbaycanda “qara günü”

0
İyunun 13-də Azərbaycanın bir neçə rayonunda MAN markalı avtomobillərdə yanğın baş verib.


Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda “MAN” markalı yük avtomobilinin banına yığılmış məişət tullantıları yanıb. Avtomobil yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub, yanğın saat 11:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Bakı şəhəri, Binəqədi rayonunda isə “MAN” markalı sərnişin avtobusunun mühərrik hissəsi qismən yanıb. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Quba rayonu, Vəlvələ kəndində də “MAN” markalı avtomobilin mühərrik hissəsi yanıb. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar