Atəşkəs bir neçə istiqamətdə pozulub
16 iyun 2011 10:01 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri iyunun 15-də saat 13.25-dən 13.55-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.30-dan 11.35-dək və iyunun 16-da saat 01.30-dan 01.35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 01.10-dan 01.25-dək və 01.40-dan 01.55-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar