Ermənistan ordusu atəşkəsi pozub
0
0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 1-də saat 00.35-dən 00.40-dək və 05.05-dən 05.15-dək Füzuli rayonunun ərazisindəki adsız yuksəkliklərdə, Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.30-dan 03.00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerlələş mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Düşmən cavab atəşi ilə susdurulub.
0
0