Goranboyda bir ailə qəzaya düşdü: 1 ölü, 4 yaralı
0
0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Safıkürd kəndi ərazisində, Qaraçinar kənd sakinləri Nəsir Abdullayevin idarə etdiyi “VAZ 2107” və Elşən Adıgözəlovun sürdüyü “VAZ 2106” toqquşub. Nəticədə N.Abdullayevin sərnişini, bacısı Rəna hadisə yerində ölüb, xəsarət alan sürücü və digər sərnişinlər-anası Pəri, qardaşı Misir və Günay Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətləri qənaətbəxşdir.
Nizam RZA
Onların vəziyyətləri qənaətbəxşdir.
Nizam RZA
0
0