Bakıda 6 yaşlı oğlan faciəvi şəkildə öldü
02 avqust 2011 10:11 (UTC +04:00)

Bakıda 6 yaşlı oğlan faciəvi şəkildə öldü

0
Biunəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1-ci mədən küçəsində yerləşən istifadəsiz evtikmə kombinatının həyətində 2005-ci il təvəllüdlü Salahov Saleh Fərman oğlu kanalizasiya quyusuna düşüb. Yaxınlıqdakı şəxslər 6 yaşlı oğlanın həyatını xilas etmək istəsə də, quyu dərin və su ilə dolu olduğundan bu baş tutmayıb.

Quyunun dərinliyinin təxminən 8-10 metr olduğu bildirilir. Körpənin meyiti çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar